Rusiya MDB-ninn ən inkişaf edən ölkələrindən biri olan Azərbaycanla dostluq münasibətlərində maraqlıdır. Bu barədə Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dostluq Parlamentlərarası qrupun rəhbəri Dmitri Savelyev bəyan edib.
“Respublika ərazisində yaşayan müxtəlif millətlər və dinlərin nümayənd\lərinə, həmçinin ölkələrə müdrik tolerant münasibət siyasəti sayəsində, bu gün Azərbaycan MDB-nin ən inkişaf edən ölkələrindən biridir. Gündən günə Azərbaycanın bizə nümayiş etdiyi böyük nailiyyətlər sevindirməyə bilməz. Və, əlbəttə ki, istənilən dövlət üçün Azərbaycan kimi güclü, qüdrətli və inkişaf edən bu cür ölkəni görmək vacibdir”, - deyə Rusiya-Azərbaycan Dostluq Mərkəzi (RAD) Dərbəndin 200 iliiyinə həsr olunan forum çərçivəsində çıxışı zamanı deputatın sözlərindən sitat gətirir.
Mərkəzin məlumatında bildirildiyi kimi, II Beynəlxalq Dinlərarası Gənclər Forumu zamanı bütün ekspertlər Azərbaycanın tolerant dövlət nümunəsi olduğu rəyində həmfikir olublar. Onlar qeyd ediblər ki, dövlət siyasətinin əsasında multikulturalizmin olduğu respublikanın böyük inkişafı bunu sübut edir.
Forumun fəxri qonaqlar sırasında olan Simferopol regionun baş imamı Məhəmməd İslamov qeyd edib ki, bu cür tədbirlər müasir gənclərin dini və vətənpərvərlik tərbiyəsinə, inkişafına müsbət təsir göstərir və qonşu xalqların böyük dostluğu yolunda ilk addım rolunu oynayır.
“Mən çox şadam ki, forum çərçivəsində xristian, müsəlman və digər konfessiyaların nümayəndələri olan gənclər artıq dostlaşıblar. Onların çoxlu ortaq nöqtələri var, buna görə sevinirik. Axı burada qurulan dostuq əlaqələrini heç nə ilə əvəz etmək olmaz”,- deyə imam vurğulayıb.
Forum təşkilatçılarından biri yepiskop Varlaam bundan başqa digər konfessiyalara münasibətdə sevgi və tolerant münasibətin vacibliyini vurğulayaraq multikulturalizmin inkişafının vacibliyini qeyd edib. Xalqların dostluğu barədə fikir ifadə edərkən yepiskop Varlaam Rusiya və Azərbaycan arasındakı gözəl münasibətləri misal gətirib. “Bütün fərqlərə baxmayaraq, bu xalqlar qardaşcasına yaşayır.”- deyə o qeyd edib.
Öz növbəsində forumun digər fəxri qonağı Dağıstan Respublikasının vicdan azadlığı, dini təşkilatlarla qarşılıqlı fəaliyyət üzrə komitə sədrinin məsləhətçisi Sirajutdin Kammayev müxtəlif milliyətli gənclərin ünsiyyətinin vacibliyini xüsusi olaraq qeyd edib, o cümlədən iki ölkəni bir-birinə bağlayan tarixi və iqtisadi münasibətləri vurğulayıb. “Bu gün biz Azərbaycanın necə qətiyyətlə və sürətlə irəlilədiyini görürük. Azərbaycan həm iqtisadi, həm mədəni, həm də idman sahəsində yüksəlişdədir. Azərbaycan bütün mümkün Avropa festivallarına ev sahibliyi edir, hamımız Avropa Oyunlarının şahidi olduq. Bakıda böyük tikinti işləri aparılır. Bizdə şüşə zavodu var, zavod şimali Qafqazdakı ən güclü zavodlardan biridir və eşitmişəm ki, şüşənin demək olar hamısını - 80%-ni Azərbaycana aparırlar. Dağıstan və Azərbaycan arasında hər zaman yaxşı münasibətlər olub və düşünürəm ki, gələcəkdə daha da yaxşı olacaq”, - deyə S.Kammayev vurğulayıb.
Ruhanilərin təşəbbüsü ilə təşkil edilən tədbirdə Azərbaycan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Stavropol, Kabardin- Balkar, Qaraçay-Çərkəz, Abxaziya, Cənubi Osetiya, Belorusdan olan 150-dən çox iştirakçı bir araya gəlib. Tədbiri Dağıstan Respublikası hökuməti, o cümlədən müxtəlif konfessiyaların nümayəndələri dəstəkləyiblər.
F.Hüseynzadə