AzərbaycanMərkəzi Bankı (AMB) bank məhsulları üzrə faiz dərəcələrin azaldılmasına dair bir sıra qərarlar qəbul edib. Bu barədə AMB-nin məlumatında qeyd olunur.
“Avqustun 13-də AMB İdarə Heyətinin iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib”, - deyə məlumatda qeyd edilir.
Belə ki, AMB-nin qərarına əsasən, AZIPSsistemi(real vaxt rejimində banklararası hesablaşmalar sistemi) vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb. Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib.
İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib.
O cümlədən, AMB-nin qərarı ilə “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilib.
A.Axundov