Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 19-da manatın dollara nisbətən rəsmi məzənnəsini avqustun 18-də qeydə alınmış 1,0488 manat/$1 səviyyəsinə qarşı 1,049 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,02 % ucuzlaşıb.
AMB avqustun 19-na manatın avroya nisbətən rəsmi məzənnəsini avqustun 18-də qeydə alınmış 1,1619 manat/1EUR səviyyəsinə qarşı 1,1586 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3% möhkəmlənib.
Avqustun 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi avqustun 18-də qeydə alınmış 0,0161 manat/1RUR səviyyəsinə qarşı 0,016 manat/1RUR səviyyəsində müəyyən edilib.
Beləliklə, manatın rubla qarşı məzənnəsi 0,6% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb
A.Axundov