“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda üzən gəmilərinin sayı və fəaliyyət coğrafiyası genişlənir.Bu barədə QSC-nin məlumatında bildirilir.
3000 ton yükgötürmə qabiliyyətinə malik “Qaradağ” gəmisi Bakıdan xarici sulara yola düşüb. Volqa – Don kanalını keçdikdən sonra gəmi Azova, buradan isə Qara dənizə doğru istiqamət götürəcək
“Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərindən sonra “Qaradağ” Xəzərdən kənarda üzən üçüncü gəmimiz olacaq. O da Aralıq dənizi hövzəsində quru yüklər daşıyacaq.
“Qaradağ” gəmisi 1988-ci ildə tikilib. Gəminin yükgötürmə qabiliyyəti 3391 ton təşkil edir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin parkında ümumilikdə 14 universal quru yük gəmisi var.
N.Abbasova