İran var qüvvəsi ilə Xəzər dənizində itkin düşən azərbaycanlı balıqçıların axtarışı ilə məşğuldur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
“İran azərbaycanalı balıqçıların axtarışı üçün bütün qüvvələrini səfərbər edib . Hazırda heç bir məlumat yoxdur”, - deyə diplomatik missiyadan qeyd ediblər.
Xəbər verildiyi kimi, Bakının Pirallahı qəsəbəsindən dənizə çıxan 4 azərbaycanlı balıqçı İranın müvafiq strukturları tərəfindən saxlanılaraq bu ölkəyə aparılıb.
“İran tərəfi balıqçıların saxlanmasına dair məlumatı təsdiq etmir”, - deyə səfirlikdə qeyd ediblər.
F.İsazadə