“Caspian Development Bank (CDB)” müxbir münasibətlərini genişləndirir.CDB bankın məlumatına əsasən, Caspian Development Bank (CDB)” ASC Rusiya Federasiyasının Bank VTB ilə , eləcə də Belçikanın KBC BANK NV bankıyla müxbir münasibətləri yaradıb.
Açılmış müxbir hesablar bankımızın müştərilərinə xarici valyutalar üzrə ( ABŞ dolları, AVRO, Rusiya rublu) xidmətləri daha operativ şəkildə həyata keçirməyə imkan verəcək.
“Caspian Development Bank” ASC (əvvəllər “Kövsər Bank”) 1988-ci ildə yaradılıb. 2014-cü ilin dekabr ayında bankın səhmdarlarının tərkibində dəyişiklik baş verib, 2015-ci ilin yanvar ayında isə bankın adı dəyişdirilib. Bankın əsas səhmdarı əsası 2010-cu ildə qoyulmuş və Azərbaycanın ən iri investisiya holdinqlərindən biri olan «Synergy Group»dur. Bankın nizamnamə kapitalı 50,02 mln. manata bərabərdir
A.Axundov