2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 1 mlrd. 41 mln. 803,6 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 196,4 min nəfər (azalma 17,5%), dəniz nəqliyyatı ilə 4,4 min nəfər (azalma 40,5%), hava nəqliyyatı ilə 1 mln. 5,3 min nəfər (artım 2,8%), metro vasitəsi ilə 128 mln. 664,4 min sərnişin (artım 3,7%) daşınıb.
2015-ci ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı vasitələri ilə 910 mln. 933,1 min sərnişin (artım 3,7%), avtobuslarla 875 mln. 382,3 min sərnişin (artım 3,6%), taksilərlə 35 mln. 550,8 min sərnişin (artım 6,3%) daşınıb.
N.Abbasova