“Azərbaycan Dəmir Yolları” QSC-nin “Qazaxıstan temir jolı” SC ilə müqaviləsi çərçivəsində ölkəyə yük qatarı üçünilk teplovoz ölkəyə gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
Cəmiyyətin məlumatına görə, müqaviləyə əsasən ADY "General Motors" (GM) şirkətinin Qazaxıstanda istehsal edilən 10 teplovozunu alacaq. Bir teplovozun gücü 3,5 min at gücünə bərabərdir.
Teplovozların istehsalı ilə “Qazaxıstan temir jolı” SC-nin tərəmə müəssisəsi “Lokomotiv Kuraştırı zavodı” məşğul olur. Teplovozların Azərbaycana tədarükü 2015-ci ilin sonuna kimi həyata keçirilməlidir.
N.Abbasova