Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı elan edilməsi ilə əlaqədar Azərbaycanda könüllülər hazırlanır.
“2016-cı ildə Avropa Gənclər Paytaxtı Gəncədə bir çox layihələrin keçirilməsi nəzərdə tutulur”,- deyə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov bildirib.
Bu layihələrin reallaşmasına dəstək məqsədi ilə yaradılan könüllülər akademiyası Bakı, Gəncə və digər şəhərlərdən 200-ə yaxın gənci birləşdirir.
“Bu gənclərin üzərinə düşən vəzifələrin ətraflı izahı məqsədilə təlimlər keçiriləcək. “Könüllüyəm mən” adlı ilk təlim “Gəncə Avropa Gənclər Paytaxtı” və “Odlar Yurdu” ictimai birlikləri tərəfindən reallaşdırılacaq. Avqustun 25-dən 30-dək davam edəcək təlimdə 50 gənc iştirak edəcək”,- deyə M.Cəfərov bildirib.
F.Mehdiyev