Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX tərəfindən ümumilikdə 1330 nəfərə boş iş yerlərinə göndəriş verilib. Bu barədə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
2015-ci ilin mart ayından etibarən respublikamızın 19 rayonunda keçirilən Əmək yarmarkalarında 120 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 31 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.
Ümumilikdə, DMX bu il Azərbaycanın 55 rayon və şəhərində Əmək yarmarkalarının keçirilməsini planlaşdırır.
Avqustun 20-də Oğuz rayonunda avqustun 21-də isə Hacıqabul rayonunda Əmək yarmarkaları təşkil edəcək.
Oğuz rayonunda 30 müəssisə üzrə 180, Hacıqabul rayonunda isə 33 müəssisə üzrə 130-dan çox boş iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur
R. Babayev