Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizinin hüdudlarından kənarda öz fəaliyyətini genişləndirməkdə davam edir.
“3000 ton yükgötürmə qabiliyyətinə malik “Teymur Əhmədov” gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq.Bununla daQara dəniz-Aralıq dənizi hövzəsində üzən gəmilərimizin sayı 4-ə çatacaq”,- deyə QSC-nin məlumatında bildirilir.
“Teymur Əhmədov” quru yük gəmisi 1988-ci ildə inşa edilib. Gəmi 3391 ton yükgötürmə qabiliyyətinə malikdir.
”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin parkında 14 universal quru yük gəmisi var.
N.Abbasova