“Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan üçüncü KISS markalı ikimərtəbəli elektrik qatarlarını alıb. Bu barədə ADY-nin məlumatında bildirilir.
“Qatar cümə axşamı Bakıya gətirilib. O Bakı- Sumqayıt dəmir yolu ilə sərnişin daşımalar həyata keçirəcək. Bakı-Sumqayıt qatarları sentyabrın 15-dən işə başlayacaq”,- deyə məlumatda qeyd edilir.
“Stadler Minsk” zavodunda istehsal olunmuş KISS markalı ilk elektrik qatarı mayın 30-da, ikincisi mayın 31-də Bakıya gətirilib. Qalan iki elektrik qatarı 2015-ci ilin sonuna qədər ölkəyə gətiriləcək.
Hər qatar 4 vaqondan ibarəöt olub, 919 sərnişin tutumuna malikdir. Oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.
Xəbər verildiyi kimi, 2015-ci il mayın 13-də ADY və “Stadler Group” arasında 5 ikimərtəbəli elektrik qatarının tədarükünə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 60-70 mln. avro təşkil edir. Azərbaycan tərəfi bu məbləği qatarların sərnişindaşımasından əldə edilən gəlir əsasında 20 il ərzində ödəyəcək.
N.Abbasova