Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirilmə üçün açıq olan bir sıra müəssisələrin maliyyə sağaldılmasına dair təkliflərin hazırlanması üçün kotirovka sorğusu üsulu ilə məsləhətçi seçir. Bu braədə Komitədən məlumat verilib.
Məsləhətçinin vəzifəsinə aşağıdakılar daxildir: 1 sentyabr 2015-ci il tarixinə seçilən 18 müəssisənin maliyyə borclarının dəqiləşdirilməsi və təhlili, həmin borcların təkrar strukturlaşdırılması üzrə təkliflərin təhlilinin nəticələrinin hazırlanması, ümidsiz debitor borclarına dair təkliflərin hazırlanması.
Seçimdə yerli və xarici hüquqi şəxslər iştirak edəb bilərlər.
Seçimdə iştirak etmək arzusunda olan şirkətlər avqustun 25-dək təkliflərini təqdim etməlidirlər.
N.Abbasova