Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələrini elan edib. Bu barədə TQDK-nın məlumatında bildirilir.
Qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra 6555 plan yeri boş qalıb ki , bu da 16,88% edir. Qəbul imtahanlarının I mərhələsinin yekununa əsasən, ali məktəblərdə 38,831 min plan yerinə 32, 276 min tələbə qəbul olunub. 32,276 min nəfərin 11,664 min nəfəri dövlət sifarişli ixtisaslar üzrə daxil olublar.
Vakant yerlərə qəbul 14-19 avqustda aparılıb. İkinci mərhələnin yekunlarına əsasən, ali məktəblərdə vakant yerlərə 572 nəfər, orta ixtisas məktəblərində 5969 nəfər abituriyent daxil olub.
Ali və orta ixtisas məktəblərinin boş qalan yerlərinə daxil olmuş abituriyentlər avqustun 27-nə qədər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli və qeydiyyatdan keçməlidirlər.
A.Zeydullayeva