Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festival UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək.
Festivalda Azərbaycanın 23 bölgəsindən iştirakçılar mürəbbə bişirilməsi üzrə qabiliyyətlərini nümayiş etdiriləcək.
Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
A.Zeydullayeva