Azərbaycan polisi mərkəzi regionda bir partiya narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Salyan RPİ-nin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları Tərtər rayon sakini Adil Məmmədovu saxlayıblar. Onun üzərində çantadan 6 kq marixuana və 350 qram tiryək aşkar edilib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilib.
RPİ-nin İstintaq şöbəsində CM 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
C.Həmidov