Gənclər və idman naziriAzad Rəhimov Qəbələ rayonunda bölgə vətəndaşlarını qəbul edib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Qəbulda Balakən, Oğuz, Qax, Şəki, Zaqatala, İsmayıllıvə Qəbələ rayonundan olan 30-a yaxın vətəndaş iştirak edib.
Vətəndaşların nazirə müraciəti daha çox fəxri adların və idman dərəcələrinin verilməsi, stadionların yeni idman avadanlığı ilə təminatı, xarici ölkələrdə keçirilən idman yarışlarına ezamiyyə, idman zallarının tikilməsi, gənclərlə bağlı QHT-nin yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi, işlə təminat, idman avadanlıqlarının verilməsi və digər məsələlərlə bağlı olub.
Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
İ. Əhmədov