Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond bazar günü Tehrana səfəri çərçivəsində İranda Britaniya səfirliyinin işinin bərpa edilməsi mərasimində iştirak edəcək. Bu barədə cümə günü İan KİV-ləri İran İslam Respublikasındakı mənbəyə istinadən məlumat veriblər.
Bir gün əvvəl Britaniyanın “The Qardian” qəzeti xəbər verib ki, Böyük Britaniyanın Tehrandakı səfirliyi bu bazar günü F.Hammondun iştirakı ilə öz işini bərpa edəcək, Bu Böyük Britaniyanın XİN başçısının 14 ildən sonra İrana ilk səfəri olacaq.
İrandakı Britaniya səfirliyinin işi 4 il əvvəl İrana qarşı sanksiyalar tələb edilməsinə qarşı çıxış edən nümayişçilərin səfirlik binasına hücumundan sonra dayandırılıb. Bundan bir qədər sonra İran Londondakı səfirliyinin işini dayandırıb.
2013-cü ilın payızında İran və Böyük Britaniya diplomatik münasibətlərini bərpa edərək, işlər vəkili səviyyəsində mübadilə etmək barədə razılığa gəlib.