2015-ci ilin birinci yarısında Azərbaycana buğda idxalı 800,5 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 49,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə respublikaya $187 mln. 556,3 min dəyərində buğda idxal olunub (artım 34,4%).
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $55 mln. 981,6 min məbləğində 120,8 min ton xam şəkər və qənd (idxal həcmi 32,6% azalıb), $36 mln. 418,9 min məbləğində 59,4 min ton bitki yağı (azalma 12,1%), $6 mln. 487,9 min məbləğində 2 min 851,8 ton çay (azalma 35,8%), $12 mln. 628,3 min məbləğində 6,176 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 18,1%) idxal edilib.
2015-ci ilin yanvar-iyun aylarında ölkəyə $21 mln. 711,9 min məbləğində 39 min 462 ton təzə meyvə (artım 4,9 dəfə), $4 mln. 992,8 min məbləğində 21 min 146,7 ton təzə tərəvəz (azalma 4,6%), $4 mln. 992,8 min məbləğində 78 min 207 ton kartof (artım 11,7%) idxal edilib.
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $6 mln. 868,9 min məbləğində 3 min 401,8 min ton iribuynuzlu heyvan əti (artım 34,2%), $2 mln. 449,4 min məbləğində 2,951 min ton quş əti və digər ət məhsulları (azalma 34,4%) idxal olunub.
N.Abbasova