2015-cii ilin iyulun 1-ə aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların sayı 402,075 min nəfər təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Onlardan 85,7%-i aylıq sosial müavinət alanlar olub.
Həmçinin, beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8,810 nəfər uşağına 30 manat məbləğində aylıq sosial müavinət ödənilir.
R.Babayev