Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 77 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polisin məlumatına görə, bu dövrdə (17-23avqust) baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər həlak olub, 16 nəfər xəsarət alıb (zəhərlənib), 3 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 2 nəfər qətldə, 3 nəfər bədən xəsarətləri yetirməklə sui-qəsddə, 26 nəfər qarətdə, 7 nəfər oğurluqda, 4 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda , 1 nəfər şantaj etməkdə şübhəli li bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 2 fakt qeydə alınıb.
C.Həmidov