Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 14 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 37 yol qəzası qeydə alınıb, daha 48 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən ağır yol-nəqliyyat hadisəsi Xaçmaz rayonunda baş verib, burada “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.
Bundan başqa, Goranboy rayonunda “Hovo” markalı yük maşını və “Nissan” markalı avtomobil toqquşub. Nəticədə bir nəfər həlak olub, daha 2 nəfər bədən xəsarəti alıb.
C.Həmidov