“Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyəınin Qars vilayətinin Sarıqamış rayonu ərazisində bazar ertəsi baş vermiş partlayış “Şahdəniz” platformasının işinə təsir göstərməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə layihənin texniki operatoru olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
“Hazırda platformada aparılan profilaktiki işlərdən sonra yataqdan qaz hasilatının həcmi tədricən artırılır. Bu proses bir neçə gün vaxt aparacaq”,- deyə şirkətdən bildirilib.
BP şirkətinin məlumatına əsasən, Səngəçal terminalında “Şahdəniz” layhəsi üzrə fəaliyyət göstərən qurğular Azərbaycan və Gürcüstana qaz nəqlini təmin etmək üçün adi rejimdə işlərini davam etdirirlər.
Bununla yanaşı, şirkətdəın bildirilib ki, “Şahdəniz” platformasının işi bazar günü bərpa edildiyinə görə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin dolması yeni başlayıb və qaz Türkiyəyə gedib çatmayıb. Qaz kəmərinin qazla tamamilə dolması üçün bir neçə gün lazımdır.
Xəbər verildiyi kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyəınin Qars vilayətinin Sarıqamış rayonu ərazisində bazar ertəsi saat 22:00 –da partlayış baş verib. İnsidentlə bağlı araşdırma aparılır.
KİV-lər Qars vilayətinin qubernatoru Günay Özdəmirə istinadən bu rayonda qaz kəmərinin partladılmasının PKK təşkilatının terror hücumu olduğunu bildiriblər.
Bu Bakı-Tbilisi-Qars qaz kəmərinin Türkiyədən keçən hissəsində, Sarıqamış rayonunda baş verən ikinci partlayışdır. Birinci partlayış 2015-ci il avqustun 3-də baş vermişdi.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
N.Abbasova