Tayvanda sərgiyə tamaşa edən oğlan $1,5 mln. dəyərində qiymətləndirilən əsərin kətanını təsadüfən deşib. Bu barədə çərşənbə axşamı qərb KİV-ləri məlumat yayıb.
Ekskursiya zamanı 12 yaşlı oğlan Paolo Porporın “Çiçəklər” rəsminə toxunaraq barmağı ilə kətanı dəlib. XVII əsrdə çəkilmiş əsər son borokko dövrünə aid edilir
Rəsmi sərgiyə gətirən təşkilatlar oğlanın ailəsindən zərərin ödənilməsini tələb etməyiblər.
Hazırda mütəxəssislər şəklin bərpa edilməsi üzərində işləyirlər.