Azərbaycan Tibb Universiteti (ATU) Əlcəzairin elm və təhsil mərkəzləri ilə əlaqələrin qurulmasında maraqlıdır. Bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Əlcəzair Xalq Demokratik Respublikasının səfiri Mouloud Hamain ilə görüşdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinə ATU-dan verilən məlumata əsasən, səfir Azərbaycanda bir çox sahədə gedən inkişafdan məmnunluğunu bildirib. O, ölkələr arasında elm və təhsil sahəsində əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
Bundan başqa, diplomat Ə.Əmiraslanovu ATU ilə Əlcəzairin universitetləri
arasında həm tələbələr, həm də müəllimlər səviyyəsində əməkdaşlığın qurulmasına yardım edəcəyinə əmin edib.
A.Zeydullayeva