Azərbaycan prezidenti Ilham Əliyev Ağcabədi rayonunda avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
23 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsindən 2,7 mln. manat məbləğində vəsait Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılıb.
R.Babayev