İkinci Amerika-Azərbaycan bank və maliyyə forumu 2016-cı ilin aprel ayında Nyu-Yorkda keçiriləcək. Bu barədə Amerika-Azərbaycan Ticarət Palatasının saytında məlumat verilir.
Birinci Amerika-Azərbaycan bank və maliyyə forumu bu ilin may ayında Nyu-Yorkda keçirilib.
USACC tərəfindən təşkil edilən forum “PaşaBank” və Azərbaycan Beynəlxalq Bank”ın dəstəyi ilə keçirilib.
Forumda Azərbaycana investisiya imkanları və azərbaycan biznesi ilə əməkdaşlıq imkanları müzakirə olunub.
USACC 1995- ci ildə Azərbaycanla uzunmüddətli əlaqələr yaratmaq istəyən Amerika şirkətləri üçün aparıcı resurs olaraq yaradılıb.
A.Axundov