Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev elmi tədqiqatların maliyyələşməsinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Moskvaya səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Tədbir 2-5 sentyabr tarixlərində Rusiya Fundamental Tədqiqatlar Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Forum Qlobal Tədqiqatlar Şurasının regional Avropa görüşləri çərçivəsində postsovet ölkələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
A.Zeydullayeva