Azərbaycanın dünya şöhrətli estrada və opera müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudova həsr olunmuş miniatür kitab nəfis şəkildə çapdan çıxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xalq yazıçısı Elçinin müəllifi olduğu kitab "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" adlanır. Yeni nəşr sənətkarın yubileyinə töhfədir.
Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla işıq üzü görüb. Ölçüsü 38x45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Miniatür kitabda 46 rəngli fotoşəkil yer alıb.
A. Zeydullayeva