Çərşənbə günü Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovs etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim etdi.
XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə Y.Maklakovs diplomatik fəaliyyəti müddətində Azərbaycan-Latviya əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
E.Məmmədyarov Y.Maklakovsa diplomatik fəaliyyətində uğurlar arzu edib.
Azərbaycana təyinatdan öncə Y.Maklakovs Latviyanın Qazaxıstandakı diplomatik missiyasına rəhbərlik edib.
Y.Maklakovs cari ilin aprel ayında Bakıda xəstəlikdən vəfat edən səfir Hardiys Baumanisi əvəz edib.
F.İsazadə