Çinin liman şəhəri Tyantszinda logistik anbarda partlayışda şübhəli bilinən 12 nəfər həbs edilib. Bu batrədə cümə axşamı yerli mətbuat məlumat verib.
Məlumatlatrda Çin Ali Xalq Prokurorluğuna istinadən deyilir ki, “bəzi məsul şəxslər təhlükəlıi maddələrlə işə icazənin verilməsinə dair fəaliyyətlərini lazımi səviyyədə yerinə yetirməyiblər”, o cümlədən “Juhay” şirkətinin qanunsuz fəaliyyətinə son qoymaq üşün səy göstərməyiblər”.
Xüsusilə, anbarın məxsus olduğu “Juhay” şirkətinin 5 rəhbəri həbs olunub, partlayışa aidiyyatı olan bir sıra məmur barəsindı araşdırmalar başlanıb.
Avqustun 12-də Tyantszinda anbarda partlayış nəticəsində 139 nəfər həlak olub, daha 30 nəfər itkin düşüb.