Avqustun sonunda respublikanın 2 rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Əmək yarmarkaları keçirəcək. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək yarmarkalarının avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçirilməsi planlaşdırılır. Yarmarkalar zamanı 93 müəssisə üzrə 480 vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.
R.Babayev