Azərbaycanda arıçıların uzunmüddətli kreditlərə ehtiyacı var.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, bu barədə KTN və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı ilə respublikanın qabaqcıl arıçıları ilə görüşündə bildirilib.
Arıçıların rəyinə əsasən, istehsal olunan məhsulun tədarükü, qablaşdırılması və marketinq sahələrini də inkişaf etdirmək lazımdır. Dövlət tərəfindən müvafiq dəstəyin göstərilməsi üçün arıçılara biznes plan layihələrinin hazırlanması və bu sənədlərin Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye nazirliklərinə təqdim etmələri tövsiyə olunub
Görüş iştirakçıları arıçılıqda mövcud problemlər və onların həlli yollarını müzakirə ediblər.
A.Axundov