SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəində 80 nömrəli quyunu geoloji tədbirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
80 nömrəli quyu 13 nömrəli dərin dəniz özülündən qazılıb.
Geoloji tədbirdən sonra quyu sutkalıq 100 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
A.Axundov