Cümə günü Türkiyənin Antaliya şəhərində Azərbaycan, Türkmənistan və Türkiyəni xarici işlər nazirləri - Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlud Çavuşoğlunun sayca üçüncü üçtərəfli görüşü keçiriləcək. Bu barədə Türkiyənin “TİMETÜRK” informasiya agentliyi məlumat verir.
Məlumata əsasən, tərəflər regional əməkdaşlıq və öncəki görüşlərdə qəbul edilən qərarların icrası məsələlərini müzakirə edəcəklər.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bu ölkənin mətbuatına nazirlərin görüşünü şərh edərkən qeyd edib ki, keçiriləcək görüş üç ölkə arasında enerji əməkdaşlığı sahəsində danışıqlara başlamağa imkan verəcək.
Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçıları 26 may 2014-cü ildə Bakıda və 29 yanvar 2015-ci ildə Aşqabadda görüşüblər.
F.İsazadə