Prezident İlham Əliyev Biləsuvar rayonu ərazisində avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün vəsait ayrılmasına dair sərəncam imzalayıb. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
On min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılıb.
R. Babayev