Cümə axşamı Belarusun yeni səfiri Qennadiy Axramoviç etimadnaməsinin sürətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə səfir nazirə diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
E.Məmmədyarov Q.Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzu edib. 1995-ci ildən etibarən Belarus XİN sistemində çalışan Q.Axramoviç müxtəlif vəzifələr tutub.
Belə ki, Q.Axramoviç diplomatik fəaliyyətə Belarus XİN nəzdində MDB ölkələri İdarəsində başlayıb.
Sonra, 1997-ci ildə o Riqada Belarus səfirliyinin Siyasi şöbəsində işə başlayıb.
Azərbaycana təyinatdan öncə Q.Axramoviç Belarusun Daugavpilsda (Latviya) Baş konsulu olub.
Q.Axramoviç 2006-cı ildən Azərbaycanda səfir vəzifəsini tutan Nikolay Patskeviçi əvəz edib.
F.İsazadə