Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün təntənəli açılış mərasimi sentyabrın 14-də Gəncə Dövlət Dram Teatrında olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Mövsümün açılışına Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası ilə hazırlaşırıq. Xalq və əməkdar artistlərin yer aldığı tamaşaya rejissor 21-ci əsr prizmasından yanaşıb” – deyə Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib.
Yeni teart mövsümünün açılışı ilə əlaqədar mədəniyyət ocağının binasında cari təmir işləri də aparılır.
F.Mehdiyev