Azərbaycanda qeydiyyatdan keçmiş Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) sayı 12-yə çatıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
“Hazırda ayrı-ayrı ünvanlarda yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq işlər davam etdirilir. Görülmüş tədbirlərin nəticəsidir ki, daha 3 MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bununla da, Bakı şəhərində dövlət qeydiyyatından keçən MMMC-lərin sayı 12-yə çatıb”,- deyə məlumatda bildirilir.
A.Axundov