Gənclər və idman naziri Azad Rəhimovun ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta ilə görüşü zamanı Azərbaycanda gənclərin maraq dairəsində olan məsələlər müzakirə olunub.
“ABŞ səfiri Azərbaycanda gənclərin maraq dairəsində olan məsələləri müzakirə etmək üçün gənclər və idman naziri Azad Rəhimovla görüşüb”, - deyə ABŞ-ın Bakıdakı səfirliyi “Twitter”dəki mikrobloqunda yazıb.
Səfirlik qeyd edir ki, nazirlə görüşü zamanı amerikalı diplomat həmçinin Azərbaycan gənclərinin I Avropa Oyunlarının müvəffəqiyyətində oynadığı mühüm rolu yüksək qiymətləndirib.
ABŞ səfiri vurğuladı ki, Azərbaycanın parlaq gələcəyini təmin etmək üçün gənclərə hər cür imkanlar yaratmaq lazımdır.
F.İsazadə