Ağstafanın iki ucqar kəndi, Saloğlu və Soyuqbulaq 25 ildən sonra təbii qazla təmin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Saloğlu yaşayış məntəqəsində 325 abonentin, Soyuqbulaqda isə 215 abonentin mənzilinə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bununla da Ağstafanın qazlaşdırılan yaşayış məntəqələrinin sayı 30-a çatıb.
Yaxın zamanda rayonun qazlaşmayan 9 kəndindən 4-ə təbii qazın verilməsi təmin edilib.
Rayonda mavi yanacaqdan istifadə edən abonentlərin sayı 14,02 min nəfərə çatıb.
F.Mehdiyev