Cümə günü Kiyev meri Vitali Kliçko Pyotr Poroşenko Blokunun “Həmrəylik” partiyasının sədri seçilib. Bu qərar partiyanın qurultayında verilib.
Partiyanın əvvəlki sədri Yuri Lutsenkonun səlahiyyətlərinə son verilib.
Bundan başqa, qurultayda partiyanın Mərkəzi Şurası buraxılıb və onun 50 nəfərdən ibarət yeni tərkib hissəsi formalaşdırılıb.
Həmçinin, partiyanın adının dəyişdirilməsinə qərar verilib. “Pyotr Poroşenko Bloku “Zərbə -Həmrəylik” (Udar- Solidarnost) və ya “Zərbə- Həmrəylik” adlarının seçilməsi və yaxud yeni variant təklif edilməsi irəli sürülüb
Qurultaya Ukrayna prezidenti Pyotr Poroşenko da qatılıb. O nümayəndələr qarşısında nitq söyləyib.