“SOCAR Turkey Enerji” şirkəti ( Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR-ın törəmə strukturu) 2018-ci ildə ixrac həcmini $3 mlrd. səviyyəsinə çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“ 2018-ci ildə STAR NEZ-in istifadəyə erilməsi ilə bizim illik dövriyyəmiz $15 mlrd., ixrac məhsulunun həcmi $3 mlrd. səviyyəsinə, işçilərin sayı 5 min nəfərə qədər artacaq. Bu göstəricilərlə “SOCAR Turkiye Enerji” şirkəti Türkiyədə sənaye şirkətləri arasında böyüklüyünə görə ikinci yeri tutacaq”,- deyə şirkətdən bildirilib.
2023-cü ildə “SOCAR Turkey Enerji” şirkəti illik dövriyyəsini $30 mlrd., məhsul ixracının həcmini $5 mlrd. , işçilərin sayını 10 min nəfərə çatdırmağaı düşünür.
Şirkətdən həmçinin bildirilib ki, “SOCAR Turkey Enerji” özünün bütün törəmə müəssisələrində nəzarət səhm paketinə özü sahib olmaq niyyətindədir.
“ Biz bu yaxınlıarda “SOCAR Turkiye Enerji” şirkətinin səhmlərinin 13%-nin $1,3 mlrd məbləğinə Amerikanın “Goldman Sachs” investisiya fonduna satışına dair sövdələşmə həyata keçirdik. Lakin tərəflərin razılaşmasına əsasən, bu səhmlər 2020-2021-ci illərdə İPO vasitəsi ilə Türkiyədə və xaricdə satışa çıxarılacaq”,- deyə şirkətdən bildir5ilib.
O qeyd edib ki, IPO vasitəsi ilə həmçinin “Goldman Sachs”in “ Petkim Limancılık Ticaret A.S”-dəki 30%-lik səhm payı da satışa çıxarılacaq.
“Lakin bu 2018-2019 illərdən tez baş verməyəcək”,- deyə o qeyd edib.
“SOCAR Turkey Enerji” şirkətinin nümayəndəsi bildirib ki, hazırda şirkət Türkiyədə yanacaqdoldurma stansiyaları şəbəkəsinin yaradılması məsələsini gözdən keçirmir.
“Hazırda, bizim belə niyyyətimiz yoxdur. Lakin biz gələcəkdə STAR NEZ istismara verildikdən sonra belə imkanı nəzərdən keçirə bilərik”,- deyə qeyd edib.
N.Abbasova