Şimal regionunda narkotik maddələrin alverində şübhəli bilinən şəxs polislər tərəfrindən saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Siyəzən Rayon Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Xızı rayon sakini, əvvəllər məhkum edilmiş Səfər Səfərov saxlanılıb. Ona məxsus çantadan 8,6 kq. marixuana aşakrlanıb.
Bundan əlavə, Xaçmaz rayon Polis Bölməsinin əməkdaşları rayon sakinləri, əvvəllər məhkum edilmiş Mədət Bədəlov və Qüdrət Məmmədovu saxlayıblar. Onlardan 930 qram marixuana müsadirə olunub.
Faktlarla bağlı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışı) maddəsi ilə cinayət işi açılıb.
C.Həmidov