Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-də manatın dollara nisbətən rəsmi məzənnəsini avqustun 28-də qeydə alınmış 1,0479 manat/$1 səviyyəsinə qarşı 1,0478 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,01% ucuzlaşıb.
AMB avqustun 31-nə manatın avroya nisbətən rəsmi məzənnəsini avqustun 28-də qeydə alınmış 1,1805 manat/1EUR səviyyəsinə qarşı 1, 1789manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1% möhkəmlənib.
Avqustun 31-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi avqustun 28-də qeydə alınmış 0,0159 manat/1RUR səviyyəsinə qarşı 0,0161 manat/1RUR səviyyəsində müəyyən edilib.
Beləliklə, manatın rubla qarşı məzənnəsi 1,3% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb
A.Axundov