Sentyabrın sonunda Sankt-Peterburq şəhərinin qubernatoru Qeorqi Poltavçenko Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov məlumat verib.
30 sentyabr-3 oktyabr tarixlərinə planlaşdırılan səfər zamanı Q.Poltavçenko Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək, siyasi, iqtisadi və ticari əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.
F.İsazadə