Avqustun 28-30-da qədim Şəki şəhərində IV Beynəlxalq Qafqaz Motofestivalı keçirilib.
Festivalda Azərbaycan, Gürcüstan, ABŞ, İngiltərə, Rusiya, Xorvatiya, Böyük Britaniya, İrandan və.s gələn baykerlər iştirak ediblər.
2014-cü ilin yayında Şəkidə keçirilmiş III motofestivaldan fərqli olaraq bu dəfə tədbirin iştirakçıları baykerlərə daha komfortlu şərait yaratmışdılar. Bütün festival ərzində baykerlər Şəki Olimpiya Kompleksi və onun yaxınlığındakı “Akvapark”da zaman keçirdilər.
Baykerlərin bəziləri kompleksin nəzdindəki qonaq evində, bəziləri çadırlarda, açıq səma altında gecələməyə üstünlük veriblər. Burda arzu edənlər hovuzlarda üzə bilərdilər.
Gündüz motofestivalın iştirakçıları motosiklet və kvadrasikletlərdə test tapşırıqlrını yerinə yetirib, Şəki küçələri ilə motoparadda iştirak ediblər. Onlar üçün müxtəlif müsabiqələr təşkil olunub.
Axşam saatlarında isə baykerlər və yerli sakinlər xarici tribut qrupların ifasında rok-n- rol kralı Elvis Preslinin, əfsanəvi “Beatles”, “Kiss” qruplarının, eləcədə Ledi Qaqanın repertuarından musiqi ifalarını dinləyiblər. ( Bir il əvvəl keçirilmiş festivalda “Bon Jovi” ,”The Rolling Stones” və Maykl Ceksonun repertuarından mahnılar ifa edən musiqi qrupları iştirak edirdilər.
Yerli ifaçılardan Festivala Natiq Şirinovun rəhbərlik etdiyi ritm qrupu, müğənni Mina qatılmışdılar. Mina bu günlərdə 55 yaşı tamam olan milli qəhrəman Çingiz Mustafayevə həsr olunmuş mahnı ifa edib.Tədbirdə ən yaxşı baykerlər mükafatlandırılıblar.
Festivalın açılışında Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər.
Festival Harley Davidson, Baku HOG Azerbaijan şirkətlərinin, Şəki İcra Hakimityyətinin, Azərbaycxanın Gənclər və İdman, həmçinin Mədəniyyət və Turizm nazirlikləri, Çingiz Mustafayev Fondu tərəfindən təşkil edilib.
R.Babayev