Sentyabrın sonu - oktyabrın əvvəlində Bakıda Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov məlumat verib.
“Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyanın iclası Sankt-Peterburq şəhərinin meri Qeorqi Poltavçenkonun səfəri çərçivəsində keçiriləcək”, - deyə E.Qulamov qeyd edib.
Onun sözlərinə görə, iclas çərçivəsində tərəflər humanitar, iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlığa dair sənədlər paketi imzalamaq niyyətindədirlər.
“Sankt-Peterburq şəhərinin administrasiyası Azərbaycanla iqtisadi, humanitar və mədniyyət sahələrində əməkdaşlığa yönəlib. Geniş tərkibdə iclas (Hökumətlərarası Komissiyanın - İF-Az) keçiriləcək, İqtisadiyyat və Sənaye Nazirliyi və iş adamları ilə görüşlər olacaq”, - deyə E.Qulamov vurğulayıb.
F.İsazadə