Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Rusiyanın Həştərxan vilayətinə səfər edəcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, teatrın kollektivi 7-10 sentyabr tarixlərində Həştərxan vilayətində səfərdə olacaq. Orada xalq artisti, teatrın baş rejissoru Aleksand Şarovskinin quruluşçu olduğu M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah” tamaşası ilə çıxış edəcəklər.
Tamaşa M.F.Axundzadənin 200 illiyionə həsr olunmuşdu. 2012-ci il dahi mütəfəkkir, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadə ili elan edilmişdi
A.Zeydullayeva