Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada ,İŞİD terrorçu qruplaşmasının tərkibində qanunsuz əməliyyatlarda iştirak etmiş 5 Azərbaycan vətəndaşı barəsində hökm oxunub.
Məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, ittiham olunan Elşən Qurbanlı, Kamran Əzimov, Tural Məmmədov, Nadir Əlixanov və Bəhruz Rəsulov uzun müddətə azadlıqdan məhrum ediliblər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirli biliniblər.
Məhkəmə E.Qurbanlı, K. Əzizov, T. Məmmədovu 14,5 il, N.Əlixanovu 13 il, B.Rəsulovu 12 il mddətinə azadlıqdan məhrum edib.
İttiham aktına görə, yuxarıda adları çəkilən şəxslər ötən ilin sentyabr ayında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulmamış silahlı birləşmə və qruplaşmalar yaratmaqda şübhəli bilinərək həbs edilmiş 26 nəfərin arasında olublar.
C.Həmidov